Ötən gecə Bakı Bulvarında özünü dənizə ataraq intihar edən 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızının Azərvbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi olması barədə məlumat vermişdik.
Fil.Az Publika.az-a istinadən xəbər verir ki, 22 yaşlı Nəzakətin müəllimi Elçin Əfəndi onun universitetə 667 bal toplayaraq daxil olduğunu bildirib:
"O balı toplaması üçün əlimdən gələni etdim onun üçün, indicə atası ilə danışdım, meyiti tapılmır".
Qeyd edək ki, N.Rzazadədən sonra onun həmkəndlisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə atıb. Qızın həyatını qurtarmaq istəyən gənci sudan bulvarın mühafizəçiləri çıxarıb. N.Rzazadə ailəsibnin onun B.Məmmədova ilə evlənməsinə imkan verməməsinə görə həyatına qəsd etdiyi bildirilir.
Onu da qeyd edək ki, bəzi məlumatlarda intihar edən qızın adının yanlış olaraq Günel olduğu bildirilib.