Bakı metrosunda həyəcanlı an yaşanıb.
Fil.Az Trend-ə istinadən bildirir ki, hadisə "Azadlıq prospekti" stansiyasında baş verib.
Bir neçə dəqiqə öncə qatar stansiyaya daxil olarkən platformadakı sərnişinlərdən biri özünü qatar relsinə atıb. Maşinist dərhal qatarı saxlayıb və polislərin köməkliyi ilə sərnişini qatar relsindən çıxarıb. Qatarın hərəkəti bərpa olunub.