"Adanalı" serialındakı Pınar obrazı ilə məşhurlaşan aktrisa Tuğçə Özbudak tanınmaz hala düşüb.
Redaktor.az xəbər verir ki, bir sıra estetik əməliyyatlar keçirən aktrisanın dodaqları, burnu və çənəsi dəyişib.
""Adanalı" serialından 12 il keçir. Universiteti bitirdim, seriallara başladım. Bu, sadəcə bir yeniyetmə qız dövrü idi. Hər şey tamamilə təbii idi. Saçlarımda heç bir qaynaq yox idi. Estetik əməliyyatlar keçirdim. Bunu gizlətmirəm, nə etdiyimi deyirəm", -deyə aktrisa bildirib.
Tuğçə Özbudaq əlavə edib ki, ailəsi estetik əməliyyata qarşı olub:
"Anam heç vaxt estetik əməliyyat etdirdiyimi hiss etmədi. Ondan gizli burnumu düzəltirdim, əvvəlcə anlamadı. Bir neçə dəfə dodaqlarıma dolğu vurdurdum, o zaman başa düşdü.