Azərbaycanda araq və kolbasaların qiymətində artım olub.
Metbuat.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən market və supermarketlərdə kolbasa və arağın qiyməti artıb. Araqlarda bahalaşma 12% olub. Buna səbəb aksiz vergisinin tətbiq olunması olub. Bahalaşma həm yerli, həm də xarici istehsal olan araqlarda özünü göstərib.
Kolbasa və sosislərdə isə əsas bahalaşma "Səhliyalı" şirkətinin "1000 bərəkət, halal nemət" məhsullarında baş verib. Qeyd edilən şirkətdə kolbasa və sosizlərin qiyməti 0,30-0,40 manat artıb.
Məlumat üçün bildirək ki, "Səhliyalı" şirkətinə məxsus hisə verilmiş kolbasaların qiyməti 9,30-dan 9,60 manata,"varena"bişmiş kolbasaları 9,20-dən 9,60 manata, manqal üstü sosis və kolbasaların qiyməti 8,60-9 manatdək bahalaşıb.
"Səhliyalı" şirkətindən rilən məlumata görə, kolbasa və sosilərin qiymətinin artmasına səbəb ölkəyə gətirilən quş ətinə qadağa qoyulmasıdır. Bu səbəbdən anbarlardakı saxlanılan quş ətinin qiymətində də artım baş verib.
Qiymət artımına səbəb olan digər bir məsələ kolbasa istehsalında istifadə olunan mal və qoyunun kəsiminə nəzarət gücləndirilməsi olub. Həmçinin kolbasa və sosis hazırlanmasında istifadə olunan yod, duz, istiot, aplika da bahalaşıb.
Verilən məlumata görə, şirkətin xərclərinin artmasına baxmayaraq işçilərini ixtisar etrməyib. Əksinə işçilərin sayı artırılıb. Halbuki digər kolbasa və sosis istehsalçısı şirkətlərinin işçilərini ixtisar edtiyi bildirilir.
Xatırladaq ki, bir mddət əvvəl siqaretlərin qiymətində də artım baş vermişdi. Ölkədə satılan və əsasandə xarici istehsal olunan siqaretlərin qiyməti 0,30 manat bahalaşmışdı.(fed.az)