Keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə daxil olan daha bir şəxs "neytrallaşdırılıb".
Fil.Az "yenicag.az"a istinadən xəbər verir ki, sabiq vergilər naziri Fazil Məmmədovun bacısının Vüqar adlı kürəkəni həbs edilib.
Ümumiyyətlə, bir müddət əvvəl başlayan və şərti olaraq, "AtaBank" işi" adlandırılan təhqiqatın gedişində üzə çıxan detalların Fazil Məmmədova ciddi başağrısı yaradacağı bildirilirdi.
F.Məmmədovla əlaqədar medianın əldə etdiyi məlumatlarda onun yaxın adamlarına yönəlik həbslərin davam edəcəyi, hətta keçmiş nazirin özünün də eyni aqibətə məruz qalacağı iddia olunmaqdadır.