Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.
Fil.Az xəbər verir ki, bu barədə "oxu.az"a Hafiz Hacıyevin özü məlumat verib.
O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır.
"Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm", - deyə Hafiz Hacıyev söyləyib.