Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT
Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.
Fil.Az "publika.az"a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb.
25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər.
Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.
Digər xəbərlər
İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”
27 fevral 2020 09:51 / Ölkə
Azərbaycanda 3 nəfərin güllələnməsinin dəhşətli təfərrüatı - Zorladığı qızla ailə qurubmuş
26 fevral 2020 17:41 / Ölkə
Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu - AZƏRBAYCANDA DƏHŞƏT
26 fevral 2020 16:25 / Ölkə