Azərbaycanda məktəblərdə yeni virus yayıldı
Tovuzun bir neçə kəndində "parotit", yəni el dilində "qulaqdibi" xəstəliyi yayılıb.
Fil.Az BAKU.WS-ə istinadən xəbər verir ki, xəstəlik dörd aydır davam edir.
Xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb.
Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, xəstəlik ilk dəfə rayonun Aşağı Quşçu kəndində yayılıb.
Bundan sonra xəstəlik Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrində də yayılmağa başlayıb. Virusun ən çox yayıldığı yerlər məktəblərdir.
Digər xəbərlər
İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”
27 fevral 2020 09:51 / Ölkə
Azərbaycanda 3 nəfərin güllələnməsinin dəhşətli təfərrüatı - Zorladığı qızla ailə qurubmuş
26 fevral 2020 17:41 / Ölkə
Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu - AZƏRBAYCANDA DƏHŞƏT
26 fevral 2020 16:25 / Ölkə