60 yaşlı kişi oğlunun əməlindən utanıb intihar etdi
Göygöl rayonunda 60 yaşlı kişi oğlunun əməlinə görə intihar edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Yeni Zod kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Tofiq İmran oğlu yaşadığı evdə zərərli həşəratlara qarşı çoxlu sayda dərman içib.
Kənd sakinlərinin verdiyi məlumata görə, T.Məmmədov oğlunun oğurluq etməsindən utandığı üçün bu yola əl atıb. Belə ki, fevralın 11-də onun 28 yaşlı oğlu Elvin Məmmədov bir neçə tanışı ilə birlikdə qonşularının evinə gizli girərək 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar.
Oğurluğu törədən şəxslər tutulub, Tofiq Məmmədovun oğlu da saxlanılanlardan biri olub. Bundan sonra kənd sakinləri arasında bu məsələ ətrafında müzakirələr aparılıb. İlkin məlumata görə, 60 yaşlı T.Məmmədov oğlunun bu əməlini özünə sığışdırmadığı üçün intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”
27 fevral 2020 09:51 / Ölkə
Azərbaycanda 3 nəfərin güllələnməsinin dəhşətli təfərrüatı - Zorladığı qızla ailə qurubmuş
26 fevral 2020 17:41 / Ölkə
Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu - AZƏRBAYCANDA DƏHŞƏT
26 fevral 2020 16:25 / Ölkə