Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu - AZƏRBAYCANDA DƏHŞƏT
Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Fil.Az Baku.ws-ə istinadən bildirir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.
Daha sonra əlindəki silahla özünə atəş açıb.
Hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.
Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.
Digər xəbərlər
İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”
27 fevral 2020 09:51 / Ölkə
Azərbaycanda 3 nəfərin güllələnməsinin dəhşətli təfərrüatı - Zorladığı qızla ailə qurubmuş
26 fevral 2020 17:41 / Ölkə