Gəlinlərini öldürmək istədi, sonra intihar etdi...
Ağcabədi rayonunda şizofreniya xəstəsi olan şəxs qardaşı oğlunun arvadını öldürmək istəyib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, yanvarın 31-i saat 11 radələrində Ağcabədi rayon poliklinikasının ruhi-əsəb kabinetində şizofreniya diaqnozu ilə qeydiyyatda olan 1970-ci il təvəllüdlü Hüseynov Müşfiq Oruc oğlu heç bir əsaslı səbəb olmadan qardaşı oğlunun arvadı, Qaraxanlı kəndində yaşayan 1991-ci il təvəllüdlü Hüseynova Könül Surxay qızının yaşadığı evə daxil olaraq əlində olan dəhrə ilə Könül Hüseynovanın kürək nahiyəsinə, baş, boyun, kürək, ayaq və əl nahiyələrinə xəsarətlər yetirərək onu öldürməyə cəhd edib.
Lakin K.Hüseynova Müşfiq Hüseynovun əlindən çıxaraq oradan qaçdığı üçün Müşfiq Hüseynov öz iradəsindən aslı olmayan səbəbdən niyyətini başa çatdıra bilməyib. Könül Hüseynova qonşuları tərəfindən Ağdam rayon Mərkəzi Xəstəxanasına, oradan isə Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb.
Hadisə yerində qalmış Müşfiq Hüseynov sirkə turşusu içərək özünü zəhərləyib. O, həmin gün saat 20 radələrində Ağcabədi rayon Mərkəzi Xəstəxanasında ölüb. Meyitinin müayinəsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Müşfiq Hüseynovun sirkə turşusu içərək intihar etməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb.
Digər xəbərlər
İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”
27 fevral 2020 09:51 / Ölkə
Azərbaycanda 3 nəfərin güllələnməsinin dəhşətli təfərrüatı - Zorladığı qızla ailə qurubmuş
26 fevral 2020 17:41 / Ölkə
Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu - AZƏRBAYCANDA DƏHŞƏT
26 fevral 2020 16:25 / Ölkə