Öldürülən 16 yaşlı Fatimə haqqında heç yerdə eşitmədiyiniz FAKTLAR - Qıza şər atırlar
İman oğlumla bir sinifdə oxuyub, çox sakit uşaq idi.
Fil.Az xəbər verir ki, bu sözləri 16 yaşlı həyat yoldaşı Fatimə Qəmbərovanı öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü İman Məmmədovun oxuduğu Sığıncaq kənd orta məktəbində müəllim işləyən İhamə Əsgərova Axar.az-a açıqlamasında deyib.
O, ibtidai sinifdə dərs dediyi İman Məmmədovun belə bir qətli törədən biləcəyini ağlına gətirmədiyini bildirib:
"Bu hadisə necə oldu, anlaya bilmirik. İman çox sakit və tərbiyəli uşaq idi. Gözündə problem var idi, zəif görürdü. Hamı ona uşaq gözündə baxırdı. O, evlənəndə hətta hamı İmanın ailəsini qınamışdı".
İ.Əsgərova Fatimə ilə İmanın üç il nişanlı qaldıqlarını söyləyib:
"Mən toydan əvvəl İmanın anası ilə danışdım və ona Fatimənin yaşının az olduğunu, İmanın isə evliliyə hazır olmadığını bildirdim. Lakin bu sözlərim onun xoşuna gəlmədi və buna görə də onlar bizi toya dəvət etmədilər. Həqiqətən, İman evlilik üçün hazır deyildi. O, küçədə yaşından balaca uşaqlarla oturanda, gəzəndə onlardan seçilmirdi.
O, mənim oğlumla bir sinifdə oxuyub. Mən, ümumiyyətlə, düşünmürəm ki, o, öz istəyi ilə evlənib. Çünki o belə qərarlar verəcək təfəkkürdə deyildi. Fikirimcə, İman valideynlərinin istəyi və ya təkidi ilə evlənib".
Fatimənin xəstə olduğunu iddialarını isə Fatimə Qəmbərovanın yaşadığı Həsənli kəndində nənəsinin qonşuluğunda yaşayan adının çəkilməsini istəməyən qadın təkzib edib.
O bildirib ki, Fatimədə heç bir xəstəlik olmayıb.
"Fatimə gözümüzün qabağında böyüyən uşaqdır. Onda heç bir xəstəlik olmayıb, onlar öz cinayətlərini gizlətmək üçün qıza belə şər atırlar. Onlar üç ilə yaxındır ki, nişanlı idilər. Necə olub ki, bu günə qədər xəstə olduğunu bilməyiblər?"
Onun sözlərinə görə, Fatimə İmanla ailə qurmağa məcbur edilib:
"Qız toy günü narazı və könülsüz idi. Hiss olunurdu ki, o oğlana getmək istəmir. Uşaq idi, səsini çıxara bilmirdi. Bildiyimizə görə, Fatiməni İmana nənəsi verib. O vaxtı deyirdilər ki, Fatiməni nənəsi xəstə bir oğlana verib. Biz hamımız nənəni qınasaq da, heç bir xeyri olmadı".
Qeyd edək ki, İman Məmmədovun həddən artıq zəif, cəmi 40 kq çəkidə və boyca balaca olması səbəbindən hərbi xidmətə aparılmadığı bildirilir. Yayılan toy videosunda da onun hələ tam yetkinləşmədiyi görünür.
Qeyd edək ki, Masallıda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərovanın 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürüldüyü bildirilir.
Digər xəbərlər
İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”
27 fevral 2020 09:51 / Ölkə
Azərbaycanda 3 nəfərin güllələnməsinin dəhşətli təfərrüatı - Zorladığı qızla ailə qurubmuş
26 fevral 2020 17:41 / Ölkə
Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu - AZƏRBAYCANDA DƏHŞƏT
26 fevral 2020 16:25 / Ölkə