"Bu görüntüdən sonra Damlanı toylara da istəmədilər"
"Elə ləkə var ki, heç çıxmır. Eləsi də var suya atan kimi gedir. Hər şey geridə qaldı. Ondan sonra izləyicilərimin sevgisi azalmadı, əksinə çoxaldı".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Damla "5/5" verilişində deyib. Sənətçi bir müddət əvvəl yayılan "18+" videosundan bəhs edib. Damla videonun onun işinə çox təsir etdiyini bildirib.
Aparıcı Zaur Kamal Damlanın həmin videodan sonra 3 ay evdən çıxmadığını söyləyib. O bildirib ki, toy sahibləri də onu çağırmaqdan imtina ediblər:
"Damla ilə telefonda danışanda dedi ki, insanlar toy danışmışdı, indi istəmirlər, fırladırlar. Biri deyib, toy təxirə düşdü, o biri deyir, 5 ay sonra olacaq. Deyirdi ki, məni 3 ay evdə otuzdurdular".
"İllərdir mənimlə bağlı fikirlər dəyişmir: nə oxuyur, kimdi bunu dinləyən? Məni dinləyənlər həkim, alim ola bilməz ki... Məni sürücü, evdə oturan xanım da dinləyir. Kasıbı da, varlısı da başımın tacıdır" deyə, Damla cavab verib.
Digər xəbərlər
İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”
27 fevral 2020 09:51 / Ölkə
Azərbaycanda 3 nəfərin güllələnməsinin dəhşətli təfərrüatı - Zorladığı qızla ailə qurubmuş
26 fevral 2020 17:41 / Ölkə
Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu - AZƏRBAYCANDA DƏHŞƏT
26 fevral 2020 16:25 / Ölkə